İraq kəşfiyyatının yüksək çinli zabiti sui-qəsd nəticəsində öldürüldü

8 Baxış

Bu gün İraqın paytaxtı Bağdadda naməlum şəxslər odlu silahdan atəş açaraq İraq kəşfiyyatının polkovnikini qətlə yetiriblər.

Bu barədə Al-Sumaria telekanalı məlumat yayıb.

İnsident Bağdadın şərqindəki Əl-Bələdiyyət rayonunda qeydə alınıb.

Hazırda sui-qəsdi həyata keçirən şəxslərin axtarışları aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.