Türkiyədə koronavirusla bağlı son vəziyyət

7 Baxış

Türkiyədə son 24 saat ərzində 218 164 nəfərin COVID-19 testi yoxlanıb.

“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 5647 nəfər təşkil edib.

91 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 167 350 nəfərə çatdığı bildirilib. Onlardan 6576 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 1060 nəfər ağır COVID xəstəsi müalicə alır.


Məlumat oxu.az saytından götürülmüşdür.