Paşinyanın cangüdənləri “Nikol satqın” deyə qışqıran vətəndaşı qəddar şəkildə döydülər – VİDEO

8 Baxış

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın cangüdənləri “Nikol satqın” deyə qışqıran vətəndaşı qəddar şəkildə döyüblər.

Bu barədə “Mediaport” “Telegram” kanalı xəbər yayıb.

Şahidlərin sözlərinə görə, zərərçəkən ağır vəziyyətdə avtomobilə qoyulub və hadisə yerindən uzaqlaşdırılıb.

Bununla bağlı paylaşılan kadrlarda Paşinyanı müşayiət edən cangüdənlərin həmin vətəndaşın arxasınca qaçdığı anlar qeydə alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.