PKK-nın məsul şəxslərindən biri zərərsizləşdirilib – FOTO

11 Baxış

Türkiyə kəşfiyyatının (MİT) keçirdiyi əməliyyat nəticəsində PKK-nın məsul şəxslərindən biri sayılan Salman Bozkır zərərsizləşdirilib.

Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” səhifəsində yazıb.

“Buradan millətimizə gözəl bir xəbər vermək istəyirəm. PKK terror təşkilatının üst səviyyəli idarəçilərindən olan və Mahmur bölgəsi üzrə məsul şəxsi, “Doktor Hüseyn” şərti adıyla tanınan Salman Bozkır Milli Kəşfiyyat Təşkilatımızın qəhrəmanları tərəfindən zərərsizləşdirilib”, – deyə dövlət başçısı qeyd edib.

Buradan Milletimize güzel bir haber vermek istiyorum.

Terör örgütü PKK’nın üst düzey yöneticisi ve Mahmur genel sorumlusu “Doktor Hüseyin” kod adlı Selman Bozkır, dün Milli İstihbarat Teşkilatı’mızın kahramanları tarafından etkisiz hale getirildi.

— Recep Tayyip Erdoğan (@RTErdogan) June 6, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.