ABŞ-da qəribə hadisə: Sərnişin təyyarə havada olarkən pilotların kabinetinə girməyə çalışdı – VİDEO

8 Baxış

ABŞ-da “Delta” aviaşirkətinə məxsus təyyarə təcili eniş edib.

KRQE telekanalı məlumat veri ki, Los-Ancelesdən Neşvillə uçan təyyarə Nyu-Meksiya ştatında yerə enib.

Belə ki, sərnişinlərdən biri pilotların kabinetinə daxil olmağa cəhd göstərib.

Şahidlərin sözlərinə görə, həmin şəx pilotlardan təyyarəni təcili endirmələrini tələb edib.

Aeroportda polislər qaydanı pozanı tutublar. 


Məlumat oxu.az saytından götürülmüşdür.