Nigeriyada “Twitter”dən istifadə edənlər həbs olunacaq

8 Baxış

Nigeriyada hökumət vətəndaşların “Twitter”ə daxil olmasını qadağan edib.

“Vanguard” nəşri verir ki, Nigeriyanın Baş prokuroru və ədliyyə naziri Abubakar Malami ölkədə “Twitter”ə daxil olmaq qadağasını pozanların dərhal mühakimə olunması barədə göstəriş verib.

Bundan əvvəl isə Nigeriyanın informasiya və mədəniyyət naziri Lay Mohammed “Twitter”in iyunun 5-dən ölkədə işini dayandıracağını elan etmişdi.

Nazir sözügedən sosial şəbəkənin Nigeriyanın birliyini və təhlükəsizliyini pozmağa çalışanlar tərəfindən istifadə edildiyini vurğulamışdı.


Məlumat oxu.az saytından götürülmüşdür.