Britaniyada uşaqlara “Pfizer” peyvəndi vurulacaq

10 Baxış

Böyük Britaniyada 12-15 yaş arası uşaqlara “Pfizer-BionTech” peyvəndi vurulacaq.

Bu barədə Britaniya hökumətinin saytında qeyd edilir.

Ölkənin Dərman və Sağlamlıq Məhsullarına Nəzarət Agentliyi ABŞ-ın “Pfizer” şirkəti və Almaniya istehsalı “BioNTech” tərəfindən hazırlanan koronavirus peyvəndinin effektivliyini və təhlükəsizliyini təsdiqləyib.

Birləşmiş Krallığın Peyvəndlər və İmmunizasiya üzrə Birgə Komitəsi bu yaş qrupunun dövlət proqramı çərçivəsində vaksinasiyası barədə rəy verməlidir.

Mayın 28-də Avropa Dərman Agentliyi (EMA) bu peyvəndin yeniyetmələrdə istifadəsini təsdiqləyib.


Məlumat oxu.az saytından götürülmüşdür.