NATO Əfqanıstan çıxdıqdan sonra Kabildəki strateji obyekt Türkiyənin nəzarətinə keçəcək

5 Baxış

Sentyabrda NATO qoşunları Əfqanıstanı tərk etdikdən sonra Kabil hava limanına nəzarəti Türkiyə öz üzərinə götürəcək.

Bu barədə “National” məlumat yayıb.

Qeyd olunur ki, yerli məmurların NATO-nun ölkəni tərk etməsindən sonra hökumətin hava limanına nəzarət edə biləcəyinə dair şübhələri olub. Çünki sözügedən obyekt Əfqanıstanın xarici aləmlə əlaqələri baxımından olduqca böyük önəm daşıyır.

 


Məlumat oxu.az saytından götürülmüşdür.