Fransada araladında 30 uşağın da olduğu miqrant düşərgəsi dağıldı

9 Baxış

Fransanın şimalındakı Kale şəhərində nizamsız miqrantların yerləşdiyi düşərgə polis tərəfindən dağıdılıb.

Bu barədə şəhər meriyası açıqlama yayıb.

Bildirir ki, Kaledə qanunsuz düşərgə məhkəmə qərarı və təlimatı ilə boşaldılıb.

Təxminən 30 uşaq daxil olmaqla yüzlərlə immiqrantın polis tərəfindən yerlərindən uzaqlaşdırıldığı bildirilib.

Mühacirlərin ictimai sağlamlıq üçün təhlükə yaratmaları, ictimai asayişi pozmaları və yaxınlıqda yaşayan təxminən 50 ailənin düşərgədən şikayət etmələri qeyd olunub.

Belçika-Fransa sərhədində yerləşən Kale şəhərində Britaniyaya getmək üçün La-Manşdan keçməyə çalışan bir çox qaçqın var. “Vəhşi Meşə” adlandırılan Kale şəhərindəki qaçqın düşərgəsi 2016-cı ildə Fransa polisi tərəfindən dağıdılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.