Ermənistanda benzinin qiyməti ötən illə müqayisədə 50 faizə yaxın artıb

10 Baxış

Ermənistanda benzinin qiyməti artıb.

Bu barədə “Joxovurd” qəzeti mövzunu araşdıraraq yazır.

“Yanacaqdoldurma məntəqələrində “Regular” benzininin bir litri 460 dram (təqribən 1,45 manat), “Premium” isə 480 drama (1,51 manat) satılır. Rəsmi statistika sübut edir ki, bu ilin may ayında aprel ayı ilə müqayisədə benzinin və dizel yanacağının qiymətləri müvafiq olaraq 3 və 5,4% artıb. 

Bu ilin may ayında isə 2020-ci ilin may ayına nisbətən benzinin və dizel yanacağının qiymətləri müvafiq olaraq 49,6 faiz və 38,3 faiz artıb.

Benzin idxalçılarına və satıcılarına görə, bahalaşmanın səbəbi idxal mallarının qiymətlərinə təsir göstərən dolların məzənnəsinin yüksək olmasıdır. Dolların məzənnəsi yüksək olaraq qalır.

Dünəndən etibarən Ermənistanın kommersiya banklarında 1 dolların maksimum alış qiyməti 518 dram (1,63 manat), satış qiyməti 522 dram (1,65 manat) idi.

Avronun məzənnəsi də əhəmiyyətli dərəcədə artıb. Dünən banklarda avronun maksimum alış qiyməti 627 dram (1,98 manat), maksimum satış qiyməti isə 641 dram (2,02 manat) idi”, – deyə qəzet yazır.


Məlumat oxu.az saytından götürülmüşdür.