Ermənistan XİN-i rəhbərsiz qalıb, nazir müavinləri isə hökumətin təklifini rədd edib

7 Baxış

Ermənistanda Xarici İşlər nazirinin müavinlərinin istefası barədə məlumat rəsmi olaraq elan edilməsə də, XİN-in 2020-ci il büdcəsinin icrası barədə hesabatın müzakirəsi ilə əlaqədar dünən parlament komissiyalarında planlaşdırılan iclas baş tutmayıb. Səbəbi xarici siyasət qurumundan heç kimin iclasa qatılmaması olub.

Bu barədə “Hraparak” xəbər verib.

“Bu müzakirələrdə adətən ya Xarici İşlər naziri, ya da nazir müavinlərindən biri iştirak edir. Bu fakt həm də nazir müavinləri Artak Apitonyan, Avet Adonts və Armen Qevondyanın istefa ərizələrini yazdığına dəlalət edir. Yeri gəlmişkən, hökumətdə nazir müavinləri ərizələrini geri götürməyə çağırılıb, həmçinin dünənki hökumət və parlament komissiyalarının iclaslarına nümayəndə göndərməyə razı salmağa çalışılıb, lakin onlar bunu rədd ediblər”, – deyə nəşrdə bildirilib.

Qəzet həmçinin mayın 31-də nazir müavini Qaqik Qalaçyanın istefaya getdiyini xatırladaraq, Avet Adontsun da artıq “əşyalarını topladığı”nı bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.