Kolumbiyadakı etirazlarda 849 polis xəsarət alıb

11 Baxış

Kolumbiyada aprelin 28-dən etibarən keçirilən nümayişlər zamanı xəsarət alan asayiş keşikçilərinin sayı açıqlanıb.

Ölkənin milli müdafiə naziri Dieqo Molanо bildirib ki, 13 gün davam edən etiraz aksiyalarında 849 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Onların arasında 53 nəfər qadındır.

Nazirin sözlərinə görə, ötən günlər ərzində polis 647 nəfər etirazçını saxlayıb.

Qeyd edək ki, vergi islahatlarına qarşı nümayişlər zamanı 26 nəfər həlak olub.


Məlumat oxu.az saytından götürülmüşdür.