Çin Everestin zirvəsinə “ayırma xətti” çəkəcək

11 Baxış

Çin Everestdəki alpinistlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dağın zirvəsinə “ayırma xətti” çəkəcək.

AFP xəbər verir ki, beləliklə, Nepal tərəfindən dırmanan alpinistlərlə Çin tərəfindən dırmananların təmaslarının qarşısı alınacaq.

Qərar alpinistlər arasında koronavirusa yoluxmanın artması barədə xəbərdarlıqlardan sonra verilib.

Lakin Çinin qaydaları necə tətbiq edəcəyi hələ bəlli deyil.

Everestə qalxmağı əhəmiyyətli bir gəlir mənbəyi olaraq görən Nepal bu mövsüm təxminən 400 xarici alpinistə icazə verib.


Məlumat oxu.az saytından götürülmüşdür.