Putin xokkey matçında meydana çıxdı – VİDEO

10 Baxış

Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Gecə Xokkey Liqasının qala-oyununda iştirak edib.

TASS xəbər verir ki, dövlət başçısı ənənəvi olaraq, 11 nömrə altında və qırmızı idman köynəyində buz üzərinə çıxıb. Qarşılaşma 13:9 hesabıyla prezidentin komandasının xeyrinə başa çatıb.

Bildirilib ki, Putin sonuncu dəfə 2019-cu ildə xokkey oyununda iştirak edib.

Qeyd olunub ki, Gecə Xokkey Liqası 2011-ci ildə Putin və Rusiyanın tanınmış xokkeyçilərinin təşəbbüsü ilə qurulub. Liqanın məqsədi ölkədə xokkeyin kütləvi inkişafı, həmçinin bu idman növündə ümumrusiya həvəskar yarışlarının təşkilidir.


Məlumat oxu.az saytından götürülmüşdür.