Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

8 Baxış

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 394 nəfər vəfat edib.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, aprelin 30-da yoxlanış məqsədilə götürülən 265 287 testdən 31 891-i müsbət çıxıb.

Sutka ərzində 68 183 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 4 323 897 nəfərə yüksəlib.

Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 3534 nəfərdir. 


Məlumat oxu.az saytından götürülmüşdür.