Ledi Qaqanın itlərini oğurlayan beş nəfər həbs olundu – FOTO

9 Baxış

Los-Ancelesdə məşhur musiqiçi Ledi Qaqanın itlərini qaçırmaqda şübhəli bilinən beş nəfər həbs olunub.

Bu barədə ABC telekanalı məlumat verib.

Bildirilir ki, həbs olunanlara adam öldürməyə cəhd və soyğunçuluq ittihamı irəli sürülüb. 

Xatırladaq ki, fevralın 25-də itlər müğənninin köməkçisi tərəfindən gəzintiyə çıxarılarkən oğurlanmışdı. Naməlum şəxs köməkçini güllələyib, sonra isə Fransız buldoqlarını ağ rəngli maşınında qaçırıb. 

Sonradan bir qadın polis idarəsinə həmin itləri apararaq, onları tapdığını deyib. Hazırda həmin qadının da bu cinayətdə əli ola biləcəyi düşünülür.


Məlumat oxu.az saytından götürülmüşdür.