İsraildə matəm elan olundu

7 Baxış

İsraildə Meron dağında baş verən faciə ilə əlaqədar mayın 2-si matəm günü elan edilib.

Bu barədə TASS məlumat yayıb.

“Bazar günü İsrail dövlətinin başına gəlmiş ən ağır fəlakətlərdən biri olan Meron dağındakı faciə ilə əlaqədar milli matəm günü elan olunur”, – deyə İsrailin Baş naziri B.Netanyahu bildirib.

Qeyd edək ki, İsraildə dini bayram Laq ba-Omerin keçirilməsi zamanı tribunanın uçması və izdiham nəticəsində azı 44 nəfər ölüb.


Məlumat oxu.az saytından götürülmüşdür.