Bişkek və Düşənbə atəşkəs barədə razılıq əldə edib

4 Baxış

Qırğızıstan və Tacikistan xarici işlər nazirləri 29 aprel yerli vaxtla saat 20:00-dan etibarən sərhəd bölgəsində atəşkəs barədə razılığa gəldilər.

Bu barədə TASS Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, tərəflər sərhəd bölgəsindəki vəziyyətin ortaq şəkildə patrul edilməsi və monitorinqi barədə razılıq əldə ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.