Qırğızıstan və Tacikistanın baş nazirlərinin görüşü planlaşdırılır

6 Baxış

Avrasiya Hökumətlərarası Şurası çərçivəsində Qırğızıstan və Tacikistanın baş nazirləri sərhəd münaqişəsini müzakirə etmək niyyətindədirlər.

Bu barədə “İnterfaks” Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məlumata əsasən, baş nazirlər arasında danışıqlar Avrasiya Hökumətlərarası Şurasının iclası başa çatdıqdan sonra baş tutacaq.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır. Hər iki tərəf gərginliyin artmasında bir-birini günahlandırır.


Məlumat oxu.az saytından götürülmüşdür.