Hindistanda yeni antirekord: Sutkalıq yoluxma 400 minə yaxınlaşır

8 Baxış

Hindistanda koronavirusa sutkalıq yoluxma və ölüm sayında növbəti dəfə antirekord qeydə alınıb.

Bu barədə “RİA Novosti” Hindistanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Son sutka ərzində ölkədə koronavirusa 379 257 yeni yoluxma halı qeydə alınıb, ölənlərin sayı 3,6 mindən artıq olub.

Xatırladaq ki, Hindistan dünyada koronavirusa yoluxma sayına görə ikinci yerdədir.


Məlumat oxu.az saytından götürülmüşdür.