İrəvanda Qandinin abidəsi yandırılıb – FOTO

9 Baxış

Ermənistanda Hindistan Azadlıq Hərəkatının lideri və zorakılıq etməmə fəlsəfəsinin təbliğatçısı Mahatma Qandinin anadan olmasının 150 illiyi münasibəti ilə ötən il quraşdırılmış abidəsi bir daha təhqir olunub.

Məlumat sosial şəbəkələrin erməni seqmentində geniş müzakirə olunur.

Bundan əvvəl erməni barbarlar abidəyə yumurta atıblar, abidədə Qandinin adı yazılan lövhəni söküblər, dünən isə monumenti yandırıblar. Bütün bunlar Qandinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk ilə dost olmasına və qondarma “Erməni soyqırımı”nı tanınmasına qarşı çıxdığı üçün edilib.

Xatırladaq ki, bu, Ermənistanda ilk vandalizm aktı deyil – bu yaxınlarda İrəvanın mərkəzində Holokost qurbanlarına həsr olunmuş abidə təhqir edilib. Səbəb isə, İsrailin öz silahlarını Azərbaycana satması və bizə yaxın bir ölkə olmasıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.