Boris Conson baş nazir postunu itirə bilər: Korrupsiya qalmaqalı – VİDEO

10 Baxış

Böyük Britaniyanın Baş naziri Boris Conson korrupsiyada şübhəli bilinib. Əgər məsələ sübut olunarsa, bu, onun vəzifəsini itirməsi ilə nəticələnə bilər.

Bu barədə “Haber Global” xəbər yayb.

O, Mühafizəkarlar Partiyasının sponsorlarından alınan puldan istifadə edərək Dauninq Stritdəki iqamətgahını qanunsuz və bahalı təmir etdirməkdə şübhəli bilinir.

Böyük Britaniya Seçki Komissiyası baş nazirin iqamətgahında aparılan təmir işləri ilə əlaqədar istintaqa başlayıb.

Consonun müxaliflərinin sözlərin görə, baş nazir partiya sponsorlarına iqamətgahında lüks təmir işlərinə gizli şəkildə 10 000 funt sterlinq (23 700 manat) ayırmasına icazə verərək Britaniya qanunlarını poza bilər.

Parlamentdə emosional çıxış zamanı Conson bütün təmir xərclərini özü ödədiyini deyib.


Məlumat oxu.az saytından götürülmüşdür.