Moldovada növbədənkənar parlament seçkiləri keçiriləcək

4 Baxış

Moldova prezidenti Mayya Sandu ölkə parlamentinin buraxılması və növbədənkənar seçkilərin təyin olunması ilə bağlı fərman imzalayıb.

TASS xəbər verir ki, fərman Konstitusiya Məhkəməsinin parlament tərəfindən tətbiq olunmuş fövqəladə vəziyyəti qanunsuz sayaraq ləğv etməsindən dərhal sonra imzalanıb.

Sənədə əsasən, Moldovada keçiriləcək növbədənkənar parlament seçkiləri iyulun 11-nə təyin olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.