Yaponiya məşhur qravürün karikaturasına görə Çinə etiraz etdi – FOTO

8 Baxış

Yaponiya Xarici İşlər Nazirliyi yapon rəssamı Katsuşika Hokusayın məşhur “Kanaqavada böyük dalğa” qravürünün karikaturasına görə Çinə etiraz edəcək.

TASS-ın məlumatına görə, bu barədə Yaponiyanın Xarici İşlər naziri Tosimitsu Moteqi bəyan edib.

“Biz Çinə qətiyyətli etirazımızı bildirəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, aprelin 26-da Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Liszyan “Twitter”də iki şəkil yayımlayıb: “Kanaqavada Böyük Dalğa”nın orijinalını və onun dəyişdirilmiş versiyasını.

İkinci şəkildə gəmilərdəki kimyəvi qoruyucu kostyumlu insanların çirklənmiş suyu okeana tökdüyü göstərilir. Liszyan əlavə edib ki, Hokusay sağ olsaydı, Yaponiyanın radioaktiv suyundan da son dərəcə narahat olardı.

An illustrator in #China re-created a famous Japanese painting The Great Wave off #Kanagawa. If Katsushika Hokusai, the original author is still alive today, he would also be very concerned about #JapanNuclearWater. pic.twitter.com/NlTFkqvwmN

— Lijian Zhao 赵立坚 (@zlj517) April 26, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.