Zelenski Putinlə Vatikanda görüşmək istəyir

8 Baxış

Ukayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüş üçün Vatikanın ideal məkan olduğunu bildirib.

Bu barədə o, “la Repubblica” nəşrinə müsahibə zamanı məlumat verib.

Ukrayna dövlət başçısı qeyd edib ki, Rusiya prezidentli ilə Donbasdakı sülh prosesini müzakirə etmək istəyir.

Zelenskinin bu sözlərinə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hələ ki məsələ ilə bağlı rəsmi təklif almadıqlarını deyib.

Vatikandan isə bu barədə, ümumiyyətlə heç bir məlumata malik olmadıqları qeyd edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.