Rusiyanın Odessadakı konsulu “persona-non-qrata” elan edildi

13 Baxış

Rusiyanın Odessadakı konsulu “persona-non-qrata” elan olunub və aprelin 30-na kimi Ukraynanı tərk etməlidir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyindən bildirilib.

Bunun Moskvanın analoji hərəkətlərinə cavab olduğu vurğulanıb.

Xatırladaq ki, bir gün əvvəl Rusiya Ukrayna səfirliyinin işçisini “arzuolunmaz şəxs” elan edib. O, cümə gününə qədər vətəninə qayıtmalıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.