Britaniyanın ən zəngin adamlarından biri öz malikanəsində qətlə yetirildi – FOTO

7 Baxış

Böyük Britaniyada krallığın ən zəngin adamlarından biri olan Riçard Leksinqton Satton öldürülüb.

“The Times” nəşri xəbər verir ki, mehmanxana sahibi şəxsi malikanəsində bıçaqlanaraq qətlə yetirilib.

Evə hücum zamanı milyarderin həyat yoldaşı da bıçaqlanıb.

Qadın xəstəxanaya aparılıb, onun vəziyyəti kritik olaraq qiymətləndirilir.

Hüquq mühafizə orqanlarının əməkdaşları qonşulardan birinin zəngindən sonra hadisə yerinə gəlib.


Məlumat oxu.az saytından götürülmüşdür.