Gürcüstanda “AstraZeneca” yalnız 55 yaşdan yuxarı şəxslərə vurulacaq

8 Baxış

Gürcüstan Səhiyyə Nazirliyi koronavirusa qarşı “AstraZeneca” peyvəndini yalnız 55 yaşdan yuxarı insanlar üçün istifadəsinə qərar verib.

TASS xəbər verir ki, bu barədə respublikanın səhiyyə nazirinin müavini Tamar Qabunia açıqlayıb.

Müvafiq qərar Avropa Dərman Agentliyinin Britaniya-İsveç şirkətinə məxsus peyvəndin tromblaşma yaratmaq xüsusiyyətini vaksinin yan təsirlərinə aid etməsindən sonra verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.