Cənubi Koreya “AstraZeneca”nın istifadəsini dayandırdı

6 Baxış

Cənubi Koreya 60 yaşa qədər insanlara koronavirusa qarşı “AstraZaneca” ilə peyvənd olunmağı qadağan edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyi məlumat yayıb.

“Xüsusi və uşaq təhsili müəssisələri işçilərinin, məktəblərdəki tibb işçilərinin, əlillərin qayğısına qalan qurumların və uşaq bağçaları işçilərinin vaksinasiyası təxirə salınıb. 60 yaşınadək insanlar üçün “AstraZeneca” ilə davam edən vaksinasiya müvəqqəti olaraq dayandırılıb”, – deyə qeyd edilir.

Bunun sözügedən peyəndin tromboz yaratması ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, Avropa Dərman Agentliyi (EMA) Britaniya-İsveç istehsalı olan “AstraZeneca” peyvəndi ilə tromboz halları arasındakı əlaqəni təsdiqləyib.

Xatırladaq ki, Avropadakı vəziyyətdən sonra bir çox ölkədə tədarükü dayandırılan “AstraZeneca” peyvəndinin adı “Vaxzervia” olaraq dəyişdirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.