Çinin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

6 Baxış

Çinin Ankaradakı səfiri Liu Şaobin nümayəndəliyi sosial media hesabındakı paylaşımı səbəbilə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-də keçirilən görüş zamanı diplomatik korpusun “Twitter” səhifəsindəki paylaşımından dolayı rəsmi Ankaranın narahatlığı səfirin diqqətinə çatdırılıb.

Qeyd edək ki, Çin səfirliyinin “Twitter” hesabından İYİ Partiya sədri Meral Akşener və Ankara şəhər bələdiyyəsinin sədri Mansur Yavaş işarələnərək aşağıdakı məzmunda paylaşım edilib:

“Çin tərəfi istənilən şəxsin və ya gücün Çinin suverenliyi və ərazi bütövlüyünə hər hansı bir şəkildə meydan oxumasına qətiyyətlə etiraz edir və buna qarşılıq vermə haqqını özündə saxlayır”.


Məlumat oxu.az saytından götürülmüşdür.