Baykal gölündə iki yük maşını batdı – VİDEO

3 Baxış

Baykal gölündə iki yük maşını batıb.

“Life” portalının məlumatına görə, ZİL-131 markalı avtomobillər Baykal gölünün donmuş səthi ilə hərəkət edərkən, buzun qırılması nəticəsində suya düşüb. Onlardan biri tamamilə, digəri isə qismən suya batıb.

Hadisə İrkutsk vilayətinin Listvyanka qəsəbəsi yaxınlığında baş verib.

Yük maşınlarının suda batmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Hər iki insident nəticəsində xəsarət alan olmayıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.