ÜST-ün direktoru Azərbaycan Prezidentinə öz təşəkkürünü ifadə edib – FOTO

4 Baxış

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19-a qarşı mübarizədə təşkilata göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz təşəkkürünü bildirib.

T.A.Qebreyesus bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Bu həftə Azərbaycan Prezidenti ilə baş tutan söhbətimiz zamanı COVID-19-a qarşı dünyada cavab tədbirlərinə Azərbaycanın maliyyə dəstəyi və ÜST ilə əməkdaşlığa görə öz təşəkkürümü bildirdim”, – baş direktor qeyd edib.

In my call with @presidentaz earlier this week, I also took the chance to thank him for 🇦🇿‘s financial support to the global #COVID19 response, collaboration with @WHO, advocacy for #VaccinEquity & solidarity among the Non-Aligned Movement members.https://t.co/gATCr43WQu

— Tedros Adhanom Ghebreyesus (@DrTedros) April 4, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.