Fransalı aktyorlar yarıçılpaq etiraz aksiyası keçiriblər – FOTO

6 Baxış

Fransada koronavirus pandemiyası səbəbindən teatrların bağlanmasına qarşı etiraz aksiyaları keçirilib.

“Vesti” portalının məlumatına görə, Parisdəki aksiya zamanı 20 aktyor ölkənin Mədəniyyət Nazirliyi binasının qarşısında soyunaraq, yarıçılpaq şəkildə öz tələblərini səsləndiriblər.

Daha iki şəhərdə isə teatr mədəniyyətinin simvolik dəfn mərasimi təşkil olunub. Aktyorların harayları ilə müşayiət olunan və mərkəzi küçələrdən keçən matəm yürüşləri yerli sakinləri təşvişə salıb.


Məlumat oxu.az saytından götürülmüşdür.