Fransalı milyonçu döyülərək qarət olunub

4 Baxış

Fransalı milyonçu, siyasətçi və ictimai xadim Bernar Tapi həyat yoldaşı ilə birlikdə döyülərək qarət olunub.

BFM TV məlumat verir ki, hadisə ailənin Paris ətrafındakı Komb la-Vil qəsəbəsindəki evində baş verib.

Yayılan xəbərlərə görə, cinayətkarlar gecə saatlarında milyonçunun evinə daxil olublar. Bu zaman Tapi və həyat yoldaşı yatmış olub, lakin səs-küyə ayılıblar.

Soyğunçular ev sakinlərini döyərək əl-qolunu bağlayıblar.

Qarətçilərin dörd nəfər olduğu bildirilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.