Süveyş kanalının genişləndirilməsi gözlənilir

15 Baxış

“Ever Given” konteyner gəmisinin Süveyş kanalını bağlamasından sonra Süveyş Kanalı İdarəsi kanalın genişləndirilməsi imkanlarını araşdırmağa başlayıb.

Vesti.ru xəbər verir ki, bu barədə Süveyş Kanalı İdarəsinin rəhbəri Usama Rabia məlumat verib.

Kanalın dərinləşdirilməsinə gəlincə, U. Rabia buna ehtiyac olmadığını bildirib.

Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və saya oturub.

Nəticədə kanalda hərəkət tamamilə bloklanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.