“SpaceX” ikinci kosmik turistin adını açıqlayıb – FOTO

8 Baxış

İlk kosmik turist səfərinə hazırlaşan ABŞ-ın “SpaceX” şirkəti missiyada iştirak edəcək ikinci şəxsin adını açıqlayıb.

“Kommersant”ın məlumatına görə, uşaqlıqda sümük xərçəngi keçirmiş 29 yaşlı Heyli Arsenoks “Crew Dragon” kosmik gəmisinin dörd heyət üzvündən biri olacaq.

Qeyd edək ki, ilk kosmik turist səfəri “Shift4 Payments” şirkətinin təsisçisi, milyarder Cared Ayzekman tərəfindən maliyyələşdiriləcək. Səfərdə onun özündən və H.Arsenoksdan başqa daha iki nəfər iştirak edəcək. Onlardan biri Müqəddəs İuda uşaq xəstəxanasının qadın həkimi, digəri isə “Shift4 Payments”in xidmətlərindən istifadə edən şirkətin başçısı olacaq. Həmin şəxslərin adları hələ ki açıqlanmır.

Səfərin ilin sonunda həyata keçirilməsi gözlənilir.

Meet commercial astronaut Hayley Arceneaux. She is an amazing person & I know she will be an inspiration to people all over the 🌍. Not just those w/ dreams of going to 🚀, but to all people who need hope when encountering life challenges . Hayley, welcome to @inspiration4x pic.twitter.com/t02LFuU7mm

— Jared Isaacman (@rookisaacman) February 22, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.