NASA “Perseverance” roverinin Marsa eniş videosunu yayımlayıb – VİDEO

10 Baxış

ABŞ-ın kosmik agentliyi NASA “Perseverance” roverinin Marsa endiyi anda qeydə aldığı videogörüntüləri yayımlayıb.

“RİA Novosti” xəbər verir ki, “Marsa necə eniş etməli?” başlığı ilə yayımlanan video qurumun “Youtube” səhifəsində paylaşılıb.

Videoda fevralın 18-də roverin qırmızı planetin səthinə enişi prosesi əks olunub. Gözləntilərin əksinə olaraq, aparat səs yazısını həyata keçirə bilməyib. Lakin planetin səthinə enən kimi dərhal ilk fotoşəkilləri Yerə göndərməyi bacarıb. Daha böyükölçülü faylların ötürülməsi üçünsə bir neçə gün vaxt tələb olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.