Koronavirusdan sağalmış şəxslər vaksinin ikinci dozasını vurdurmalıdırmı?

6 Baxış

Koronavirusdan sağalmış şəxslərdə artıq birinci doza vaksindən sonra yetərli miqdarda anticisim formalaşır.

“The Wall Street Journal” məlumatına görə, bu faktdan sonra elm adamları qənaətə gəliblər ki, sözügedən şəxslərin ikinci dəfə COVID-19 peyvəndi vurdurmasına ehtiyac qalmır.

Tədqiqat Merilend Universitetin Tibbi məktəbində aparılıb.

Təcrübədə 59 səhiyyə işçisi iştirak edib.

Məlum olub ki, koronavirusdan sağalmış 42 səhiyyə işçisində artıq birinci doza vaksindən sonra kifayət qədər anticisim yaranıb və onların ikinci dəfə vaksinasiyadan keçməsinə ehtiyac qalmayıb.

19 nəfər infeksiyaya yoluxmamış səhiyyə işçisində isə daha zəif immun reaksiyasının yarandığı müşahidə edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.