Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

8 Baxış

Türkiyədə son 24 saat ərzində 101 105 nəfərdə COVID-19 testi keçirilib.

“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 6 546 nəfər təşkil edib.

77 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 2 523 760 nəfərə çatdığı bildirilib.

Hazırda ölkə xəstəxanalarında 1185 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.


Məlumat oxu.az saytından götürülmüşdür.