Almaniyada poçtla bomba göndərən pensiyaçı saxlanıldı

4 Baxış

Almaniyada poçt vasitəsilə bir neçə şirkətin ünvanına bomba göndərməkdə şübhəli bilinən pensiyaçı saxlanılıb.

Bu barədə “RİA Novosti” yazıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının Münhen hava limanında partlayıcı qurğu olan bağlamanı ələ keçirərək zərərsizləşdirdikləri qeyd olunur.

Bağlama “Hipp” adlı uşaq qidaları istehsalçısı şirkətinə göndərilib. Bundan əvvəl eyni bağlamalar “Wild” qida şirkətinə və “Lidl” supermarket şəbəkəsinə də göndərilib.

Bu səbəbdən dörd nəfər yaralanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.