Rusiyada satıcını maçete ilə hədələyib soyğunçuluq etdilər – ANBAAN VİDEO

10 Baxış

Rusiyanın Sankt-Peterburq şəhərində maçete ilə silahlanmış kişi ərzaq mağazasına daxil olaraq satıcıdan kassada olan pulları ona verməyi tələb edib.

“İzvestiya” xəbər verir ki, soyğunçuluq hadisəsi mağazanın təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Satıcı pul tələb edən şəxsə müqavimət göstərmədən kassada olan 15 min rublu (təxminən 345 manat) kişiyə verib.  

Soyğunçuluqla bağlı cinayət işi başlanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.