ABŞ ştatında abort qadağası məhkəmə predmeti oldu

7 Baxış

ABŞ-ın cənubi Karolina ştatının qubernatoru Henri Makmaster bölgədə demək olar ki, bütün abortları qadağan edən fərman imzalayıb.

“Reuters” bununla bağlı xəbər yayıb.

Beləliklə, qadağan edilən abortlar dölün ürək atışları meydana gəldikdə, yəni hamiləliyin altıncı həftəsindən sonraya aiddir.

Qadın sağlamlıq təşkilatı “Planned Parenthood” sənədin ABŞ Konstitusiyasını pozması iddiası ilə məhkəməyə müraciət edib.

Bölgə Məhkəməsi hakimi Maykl Yuppertin qərına görə, hamiləliyin altıncı həftəsində döl hələ canlı deyil.

ABŞ-ın müxtəlif bölgələrindəki qaydaya görə, 24-cü həftədən – yəni dölün ana bətnindən kənarda yaşamasının mümkünlüyündən sonra abort qadağandır.

Abort problemi ABŞ-da qızğın mübahisələrə səbəb olur. Belə ki, 1973-cü ildə qadının abort hüququ konstitusiya səviyyəsində müəyyən olunub.

Eyni zamanda, ştatlar hamiləliyin dayandırılması ilə bağlı müstəqil olaraq məhdudiyyətlər tətbiq edə bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.