Konqresmenin odlu silah kolleksiyasının fonunda iclasa qatılması qalmaqala səbəb oldu

9 Baxış

ABŞ-ın Kolorado ştatından olan konqresmen Loren Boebert onlayn iclasa odlu silah kolleksiyasının fonunda əyləşərək qatılıb.

“USA Today” xəbər verir ki, iclasda ABŞ-da yanvarın altısında baş vermiş qiyamla əlaqədar Konqres üzvlərinin Kapitoliyə silahla daxil olmasını qadağan edən qaydanın müzakirəsi aparılıb.

Konqresmenlər L.Boebertin iclasda odlu silahların fonunda iştirak etməsindən hiddətlənərək bunu odlu silahla bağlı qəbul ediləcək qaydaların pozulmasına xidmət edəcəyini bildiriblər.

Konqresmenlər həmçinin evində dörd uşaq böyüdən həmkarlarının təhlükəsizlik qaydalarını kobud şəkildə pozmasına kəskin etiraz ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.