Gəncə polisindən əməliyyat: 30-a yaxın şəxs məsuliyyətə cəlb edildi – FOTO

23 Baxış

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcədə əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 30-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər. 


Məlumat oxu.az saytından götürülmüşdür.