Zöhrab Quliyevin sizin köməyinizə ehtiyacı var – FOTO

12 Baxış

Ağır formada şəkərli diabet xəstəliyindən əziyyət çəkən 1968-ci təvəllüdlü Zöhrab Quliyevin sizin dəstəyinizə ehtiyac var.  

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alan Zöhrab Quliyev 28 ildir bu xəstəlikdən əziyyət çəkir və hazırda maddi çətinliklərdən dolayı müalicəsini davam etdirə bilmir. 

Xəstənin yoldaşı Yaqut Quliyeva bildirir ki, hazırda onun ayaqlarının ikisi də qanqrendir və artıq ötən gün baş barmağı amputasiya edilib:

“Artıq bir həftədir ki, xəstəxanada yatır. Hazırda hər iki ayağı şişib. Bir baş barmağı amputasiya edilib, lakin yenə də fəsadlar ortaya çıxır. Təcili olaraq ayağı ikinci dəfə əməliyyat olunmalıdır. Bu əməliyyatı həyata keçirmək üçün maddi imkanımız yoxdur. Nə xəstəxananın xərclərini qarşılaya, nə də dərmanları almağa imkanımız çatmır”.

Yoldaşı əlavə edib ki, Zöhrab Quliyev 25 yaşından insulindən asılı vəziyyətdə yaşayır. Ona dəstək olmaq üçün (055) 421 25 73 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Məlumat oxu.az saytından götürülmüşdür.