Mağazadan oğurluq edən şəxslər SAXLANILDI – FOTO

14 Baxış

Mağazadan oğurluq edən üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam rayon sakini R.Hüseynov Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus rayonun Dördyol-1 qəsəbəsində yerləşən mağazadan 1 300 manat pulun və təhlükəsizlik kamerasının yaddaş qurğularının oğurlanması barədə məlumat verib.

Daxil olmuş müraciət əsasında şöbə əməkdaşları tərəfindən qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən üç nəfər şəxs saxlanılıb.

Araşdırmalarla onların rayonun Mərzili kənd sakini Vüqar Vəliyev, Təzəkənd qəsəbə sakinləri Vasif İbadov və Pənah Quliyev olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.