Qanunsuz dövriyyə ilə məşğul olan narkotacirlər saxlanıldı – FOTO

9 Baxış

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, əməliyyat zamanı Hacıqabul rayon sakini Rövşən Bağırov saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı oradan sellofan bükümlərdə olan narkotik maddə heroin və marixuana, eləcə də həyətyanı sahədən dörd ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolu aşkar edilərək götürülüb.

Dindirilmə zamanı R.Bagirov evindən aşkarlanan narkotik maddə heroini tanışı Həsən adlı şəxsdən aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Həsən Axundov da saxlanılaraq istintaqa təqdim olunub.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Hüseyn Osmanov və Bəxtiyar Mikayılov saxlanılıblar.

Onların üzərinə keçirilən baxış zamanı isə hər birindən narkotik maddə – heroin aşkarlanıb.

Nazirliyin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyev saxlanılıb.

Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə yeddi büküm “patı” adlanan narkotik maddə – metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Rayon Polis Şöbələrində araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.