Lənkəranda avtomobillə vurulan piyada ağır xəsarət alıb

8 Baxış

Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

“Report” xəbər verir ki, hadisə Xanbulan kəndi ərazisində baş verib.

Belə ki, “Xəzər Lada” markalı avtomobili idarə edən 1997-ci il təvəllüdlü Samid Ramazan oğlu Xudatlı, yolu keçən həmkəndlisi 1994-cü il təvəllüdlü Süsən Mirtağı qızı Babayevanı vurub.

Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bel fəqərə sümüyünün sınığı diaqnozu qoyulub. S.Babayevanın müalicəsi üçün Bakıya Travmatologiya İnstitutuna göndərilməsi planlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.