Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

11 Baxış

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü 52 yaşlı Salyan rayon sakini Hüseynov Pənah Allahpayı oğlu “Mercedes” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı beton lövhəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişinlər Salyan rayon sakinləri, 19 yaşlı Hüseynova Vəfa Pənah qızı və 14 yaşlı Hüseynova Xəyalə Yalçın qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.