Manatın dövriyyəyə buraxılmasından 29 il keçir

12 Baxış

Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 29 il keçir.

Müstəqillik əldə ediləndən sonra Azərbaycanda milli pul vahidinin yaradılması gündəmə gəlib. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə manat dövriyyəyə buraxılıb.

1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əskinaslar dövriyyəyə buraxılıb.

Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.